Oğuzda avtomobil yol kənarına aşıb - YARALILAR VAR
Oğuzda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, səhər saatlarında Oğuz rayon sakini, 1988-ci il təvəllüdlü Umarlı Sabir Yusif oğlu idarə etdiyi “Volkswagen Touareg” markalı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 122-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomaşını yolun kənarındakı ağaca vurub.
Qəzadan sonra avtomobil aşıb. Nəticədə sürücü S.Umarlı xəsarət almasa da, avtomobildə olan Balakən rayonunun Katex kənd sakinləri - 1973-cü il təvəllüdlü Şabanova Nəsibə Bayram qızı, 2006-cı il təvəllüdlü Şabanova Səma Rövşən qızı, Balakən rayonunun Qullar kənd sakinləri - 1972-ci il təvəllüdlü Emçiyev Rəsul Nəcməddin oğlu, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Emçiyeva Həbibə Bayram qızı və onların 2005-ci il təvəllüdlü qızı Gülnaz müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Xəstəxanadan bildirilib ki, 13 yaşlı Gülnaz və daha iki nəfər müayinə və müalicələrinin davam etdirilməsi üçün paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Digər iki nəfərin xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub