Ağdamda "Jiquli" "Hyundai" ilə toqquşdu: 5 yaralı
Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndi ərazisində baş verib.
Rövşən Xankişi oğlu Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü R.Allahverdiyev və maşında olan nəvəsi, 2008-ci il təvəllüdlü Allahverdizadə Leyla Yalçın qızı, Allahverdiyeva Klara Əbdüləli qızı, Axundov Şamxal Dərgah oğlu və Məmmədov Amil Mobil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
13:21
445
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
411
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
597
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1156
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1224
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1163