Nikaraquada apreldən başlayan iğtişaşlar hələ də davam edir - ÖLÜ SAYI 351-Ə ÇATDI
Nikaraquada aprel ayından davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə “Nikaraqua insan haqları Assosiasiyası” məlumat yayıb.
Məlumata əsasən, təkcə son səkkiz gündə ölkədə keçirilən müxtəlif etiraz aksiyalarında 40 nəfər həyatını itirib, 2 mindən çoxu yaralanıb.
“Prensa” portalının xəbərinə görə, iğtişaşlarda 306 mülki şəxs, 28 hökumət yönlü silahlı dəstə üzvü, 16 polis əməkdaşı və 1 hərbçi ölüb.
Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub