Xorvatiya yığması futbolun yaradıcıları qarşısında tarix yazdı - İLK DƏFƏ FİNALDA
DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub. APA TV-nin məlumatına görə, ikinci finalçı Xorvatiya və İngiltərə arasında oyunda müəyyənləşib.
Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildir ki, çempionluğa həsrət qalan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.
İngilislərin qolunu 5-ci dəqiqədə Kiran Trippier vurub. Birinci hissədən qalib ayrılsalar da, ikinci hissə tamamilə xorvatların üstünlüyü ilə keçib. Ardıcıl hücumların nəticəsində İvan Perişiç oyunun 68-ci dəqiqəsində hesabı bərabərləşdirib.
Qarşılaşmanın əsas vaxtı elə bu hesabla da bitib. Komandalar artırılma dəqiqələrə yollanıb. Bu isə Xorvatiya yığması üçün əlavə imkan qazandırıb və 109-cu dəqiqədə Mario Mandzukiç vurduğu qolla komandasını önə çıxarıb - 2:1. Qalan dəqiqələr də bu hesabla davam edib.
Beləliklə, final qarşılaşması iyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək. Bundan bir gün əvvəl isə Belçika ilə İngiltərə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub