İŞİD Əfqanıstanda partlayış törətdi - AZI 12 ÖLÜ

Əfqanıstanın Calalabad şəhərində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 12 nəfər ölüb.

 

APA TV-nin “Reuters”ə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti avtoyuma məntəqəsində çalışanlar olub. Onların arasında uşaqlar da var.

 

Partlayış yanacaq doldurma məntəqəsinin yaxınlığında törədilib. Partlayışdan sonra hadisə yerində güclü yanğın baş verib.

 

İŞİD terror qruplaşması bu terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR