ATƏT cəbhə xəttində monitorinq keçirdi
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Ağdam rayonunun Təzəkənd kəndinin yaxınlığında yerləşən təmas xəttində növbəti monitorinq keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, monitorinqi keçirmək üçün ATƏT-in fəaliyyətdə olan səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik cəbhə rayonuna gəlib.
Nümayəndə heyəti əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətinə gələrək, icra başçısının birinci müavini Allahverən Əliyevlə görüşüblər. A.Əliyev bildirib ki, ermənilər 16 yanvar 2018-ci il tarixindən bu günə cəbhəyanı yaşayış məntəqələrini 552 dəfə atəşə tutub.
Görüşdən sonra ATƏT nümayəndələri Müdafiə Nazirliyinin yüksək çinli hərbçilərinin nəzarəti altında qoşunların təmas xəttində müşahidə aparmaq üçün cəbhə xəttinə yollanıblar.
Monitorinq insidentsiz başa çatıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub