Trampdan Çinə şok ittiham: "Şimali Koreyanı təhrik edir ki..."

Çin Yaxın Şərq ölkələrinə kömək məqsədilə 20 milyard dollar vəsait ayıracaq.

 

APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, bu barədə qərar Pekində Çin və ərəb dövlətləri arasında keçirilən forumda verilib.

 

Hökumət "neft və qazın beşiyi" adlandırdığı regionların xalqlarına yardım etmək üçün bu addımı atıb.

 

Rəsmi Pekin bildirir ki, son bir neçə il ərzində ərəb dövlətləri ilə yaxınlaşma Çin lideri Sin Tsinpinin xarici siyasətinin əsasını təşkil edir.

 

Yerli mətbuat orqanları isə qeyd edir ki, İranın Hörmüz boğazını bağlamaqla bağlı hədələrindən sonra Çin hökuməti ərəb dövlətləri ilə yaxınlaşmaq niyyətindədir.

 

ABŞ prezidenti Donald Tramp isə Çini öz "Twitter" hesabından etdiyi paylaşımda Şimali Koreyanı ABŞ-la danışıqları dayandırması üçün təhrik etməkdə günahlandırıb: "Düşünürəm ki, Kim Çen In ilə imzalayacağımız nüvə razılaşması əl sıxışmağımızdan daha vacibdir. Biz Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı razılığa gəlmişik. Çin isə bizim razılığa gəlməyimizdən narahatdır və bunu istəmir".

 

Donald Tramp həmçinin qeyd edib ki, Çin və ABŞ arasında gömrük rüsumlarının artırılmasından sonra gərginlik xeyli artıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR