Ərdoğan yeni hökumətin tərkibini açıqladı
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan konstitusiyaya edilən dəyişikliklərdən sonra yeni hökumətin tərkibini açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ölkə tarixində ilk vitse-prezident vəzifəsinə Fuad Oktay təyin edilib.
Yeni hökumətin tərkibində xarici işlər naziri Mövlud Çavuşoğlu və ədliyyə naziri Abdulhəmit Gül postlarını qoruyublar. Milli müdafiə naziri postunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar tutub. Enerji və təbii sərvətlər nazirinin sabiq birinci müavini Fatih Dönmez nazir vəzifəsinə yüksəlib. Ərdoğanın kürəkəni, bundan əvvəl Enerji və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edən Berat Albayrak isə xəzinədarlıq və maliyyə naziri olub.
OXŞAR XƏBƏRLƏR
13:21
535
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
469
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
676
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1163
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1231
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1171