Bakıda PARTLAYIŞ: 1 NƏFƏR YARALANDI
Bakının Badamdar qəsəbəsində partlayış baş verib. APA TV-nin xəbərinə görə, partlayış təmirə dayanmış 2 mərtəbəli obyektin birinci mərtəbəsində qeydə alınıb. Nəticədə fəliyyətsiz obyektin qapı-pəncərəsi dağılıb, bir nəfər xəsarət alıb.
Obyektin sahibi Səməd Fərziyev bildirib ki, partlayış baş verən otaqda qaz xətti yoxdur. İlkin ehtimala görə, obyektin arxasında yerləşən neft quyusundan içəri qaz sızıb. Bunun nəticəsində də partlayış olub.
Hadisə yerinə polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Partlayışın baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
16:42
202
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2041
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2039
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1917
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1361
Niderlanda yeni səfir təyin edildi
18:28
1211