Neft bir az da bahalaşdı
Birjalarda xam neftin qiymətində bahalaşma qeydə alınıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli 1 dollara qədər bahalaşaraq 78,54 dollardan satılır. Qərbi Texas nefti də bahalaşıb. Hazırda WTI neftinin bir bareli 74,27 dollardan təklif olunur.
Bahalaşmanın müxtəlif səbəbləri var. Liviyada limanların bağlanmasından sonra istehsalın getdikcə daha da azalacağı gözlənilir. İrana ABŞ tərəfindən tətbiq olunan sanksiyalara görə ölkənin neft ixracı sürətlə azalır. OPEC istehsalda yaranan kəsiri aradan qaldırmağa söz versə də, kəsirin tam aradan qalxacağına şübhə var.
ABŞ-da neft ehtiyatlarının azalması gözlənilir. Dünya miqyasında da xam neft ehtiyatları azalır. Buna səbəb OPEC ölkələrinin və qurumla əməkdaşlıq edən qeyri-kartel ölkələrinin istehsalı azaltmaqla qiymətləri qaldırmaq siyasətinin uzun müddət davam etməsi olub. İndi isə ABŞ prezidenti Donald Tramp OPEC-ə təzyiq edir ki, istehsalı artırsın.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub