Toyda ürəyindən bıçaqlanan şəxs xəstəxanada öldü - ŞİRVANDA QƏTL
Şirvanda toyda qətl törədilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saat 22:00 radələrində Şirvanda yerləşən şadlıq saraylarının birində qeyd alınıb.
Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu da əlindən bıçaq xəsarəti alıb. Şirvan şəhər xəstəxanasına yerləşdirilən sonuncu qətli törətməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırır.
Kütləvi davada iştirak edən bir neçə nəfər də saxlanılıb. Faktla bağlı Şirvan Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub