Britaniyanın xarici işlər naziri istefa verdi

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson istefa verib.

 

APA TV-nin "BBC News"a istinadən xəbərinə görə, ölkənin baş naziri Tereza Mey onun istefasını qəbul edib.

 

Yerli mətbuat orqanları bildirir ki, Boris Conson bu addımı Tereza Meyin "Brexit" danışıqlarında "olduqca yumşaq" davrandıqlarına görə kabinetindən istefalar gözlədiyinə dair açıqlamasından sonra atıb.

 

Qeyd edək ki, səhər saatlarında Böyük Britaniyanın "Brexit" məsələləri üzrə naziri Devid Devis istefa verib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR