Ermənistanın müdafiə naziri: "Paşinyanın oğlu ilə az maraqlanın!"
"Nikol Paşinyanın oğlunun hərbi xidmətə yollanması ilə cəmiyyətin bu dərəcədə maraqlanması düzgün deyil".
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, bu sözləri Ermənistanın yeni müdafiə naziri David Tonayan deyib.
"Minlərlə gənc hərbi xidmətə yollanır. Tək bir adama bu qədər maraq nəyə lazımdır? Bu məsələni hədsiz dərəcədə diqqətdə saxlamaq olmaz" - deyə nazir qeyd edib.
O, bunu əvvəllər hakimiyyətdə olan şəxslərin uşaqlarının hərbi xidmətə yollanmaması səbəbindən cəmiyyət üçün qeyri-adi hal olaraq qiymətləndirib.
D.Tonayan həmçinin əlavə edib ki, yaxın günlərdə onun da oğlu hərbi xidmətə yola düşəcək və mətbuatın onunla maraqlanmasına icazə verməyəcək.
OXŞAR XƏBƏRLƏR
13:21
535
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
469
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
676
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1163
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1231
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1171