Astarada yol polisi maarifləndirici reyd keçirib
Astarada Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən maarifləndirmə məqsədi daşıyan reyd təşkil olunub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, yay turizm mövsümü olduğundan, bölgələrə səfər edənlərin çoxluğu səbəbindən burada nəqliyyatın da sıxlığı müşahidə olunur.
Avtomobillərin bir çoxu kondisionersiz olduğundan, hava şəraiti nəzərə alınaraq sürücülərə xəbərdarlıq edilir ki, günün qızmar vaxtlarında uzun məsafələrə yola çıxmaq məsləhət görülmür. Çünki bu zaman avtomobilin salonunda temperatur xeyli yüksəldiyi üçün sürücülərdə halsızlıq, yorğunluq və idarəetməyə nəzarətin əldə çıxması halı baş verə bilər.
Reydlər zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək, sürücülərin sərxoş halda avtomobilləri idarə etməməsi, sürücülük hüququ olmadan sükan arxasında keçməsi və qanunun yol vermədiyi digər məqamlar yol polisi əməkdaşları tərəfindən sürücülərə izah olunub, müvafiq tövsiyələr verilib. Bildirilib ki, isti hava eyni zamanda köhnə avtomobillərdə qəfil nasazlıqların yaranmasına da səbəb ola bilər ki, bu da bədbəxt hadisələri qaçılmaz edər.
Astara RPŞ DYPB-nin rəisi İlqar Rəhimzadə sürücülərə tövsiyə edib ki, kondisioner olmayan avtomobillərdən az istifadə etsinlər: "Günün qızmar vaxtları və azyaşlı uşaqları yay çimərliklərinə gətirərkən avtomobillərdə nəzarətsiz saxlamasınlar, uşaqlar istidən boğula bilər. Bu cür hallara yol verməsinlər".
Qeyd edək ki, sürücülərin rahat və təhlükəsiz hərəkətinin təmini məqsədilə bu cür reydlərlə yanaşı, Astara şəhəri ərazisində hazırda yeni və müasir yol nişanlarının quraşdırılması prosesi də gedir.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub