Sabah hava günəşli olacaq

İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37 dərəcə, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

 

İyulun 10-da Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 36-41 dərəcə, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 10-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR