Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı açıqlandı
9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və nazirliyin rəhbər heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
APA TV-nin xəbərinə görə, ziyarət zamanı ulu Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri düzülüb.
Ziyarətdən sonra jurnalistlərə açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan və Azərbaycan XİN arasında keçiriləcək görüşün tarixini açıqlayıb: "Bu yaxınlarda 1-2 gün ərzində Brüsseldə NATO-nun zirvə toplantısı çərçivəsində xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmsədrlər yekunlaşdırıblar bu məsələni. İyulun 11-də görüş olacaq. Ümid var".
Nazir diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyəti barədə suala da cavab verib: "Düşünmürəm ki, bununla bağlı mən hansısa qiymət verə bilərəm. Ümumiyyətlə, cənab prezident qiymət verə bilər. Cənab prezident isə dünən Nazirlər Kabinetinin toplantısında öz fikirlərini səsləndirib".
Daha sonra Şəhidlər Xiyabanına gedən XİN-in rəhbərliyi və əməkdaşları şəhidlərin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə gül düzüblər və əklil qoyublar.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub