Neft həftəyə bahalaşmaqla başladı
Neft qiymətlərində artım müşahidə olunur.
APA TV-nin xəbərinə görə, Qərbi Texas markalı neftin qiyməti həftənin əvvəlində 12 sent artaraq birjalarda 73,92 dollara təklif edilir. "Brent" markalı neft isə 18 sent bahalaşaraq 77,29 dollar olub.
Neftin bahalaşmasına səbəb Kanada, Liviya və Venesuelada neft hasilatında baş verən texniki nasazlıqlar nəticəsində OPEC ölkələrində narahatlığın artması, bununla əlaqədar Donald Trampın Səudiyyə Ərəbistanı və digər neft ixrac edən ölkələrə hasilatı artırmaq barədə basqısına baxmayaraq, ixracatı artırmaması göstərilir.
Qeyd edək ki, İran ABŞ-ın müttəfiqlərinə İrandan neft idxalını saxlayacaqları təqdirdə, neftin qiymətinin 100 dollara qədər artacağı barədə xəbərdarlıq edib.
OXŞAR XƏBƏRLƏR
13:21
535
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
469
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
676
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1163
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1231
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1171