Türkiyəyə istirahətə gedən azərbaycanlı qız şəlalədən yıxılaraq ölüb
Türkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsində Azərbaycan əsilli turist Məryəm Ömərova Aladərə şəlaləsi üzərindəki qayalıqlarda yürüş zamanı müvazinəti itirərək yıxılıb və dünyasını dəyişib.
APA TV-nin CNN Turk telekanalına istinadən verdiyi məlumata görə, 27 yaşlı M.Ömərova iyulun 6-da bir qrup dostu ilə Kabak körfəzinə turist düşərgəsi qurmağa gəlib.
Dünən saat 17.00 radələrində isə M.Ömərova körfəzin yaxınlığındakı Aladərə şəlaləsinə çıxıb. M.Ömərova qayalıqlara dırmaşıb. Mənzərəni seyr edərkən bir anda müvazinətini itirib və 15 metr yüksəklikdən şəlalənin töküldüyü yerə düşüb. Bu zaman həmin ərazidə qayalara dırmaşan başqa bir turist gənc qadının yıxıldığını görüb, təcili tibbi yardıma zəng edib.
Xilasedicilər və həkim briqadası qayalıq ərazidə 1,5 km məsafə qət edərək şəlaləyə çatıb. M.Ömərovanın cansız bədəni sudan çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub