45 yaşlı kişi yük maşınının altında can verdi - TOVUZDA BƏDBƏXT HADİSƏ

Tovuz sakinini avtomobil vuraraq öldürüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.

 

Məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Hacıyev İsmixan İdoş oğlu ehtiyatsızlıq nəticəsində geriyə doğru hərəkətdə olan yük avtomobilinin altında qalıb. Belə ki, Ağdam kəndindəki Tovuz çayında ot yüklü "Zil" markalı yük maşını batıb. İ.Hacıyev də yük maşınının çaydan çıxmasına kömək edib. Bu zaman qəfildən yük maşını hərəkət edib və 45 yaşlı kişi yük maşınının təkərləri altında qalıb. İ.Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR