Yaponiyada daşqın fəlakəti: Ölü sayı 88-ə çatdı, 60 nəfər itkin düşüb

Yaponiyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 88 nəfərə çatdığı açıqlanıb. APA TV-nin məlumatına görə, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

 

Təbii fəlakət nəticəsində 60 nəfər də itkin düşmüş hesab edilir. Əraziyə xilasedicilər, həkim briqadaları, hətta ordu qüvvələri göndərilib. Hazırda xilasetmə və axtarış əməliyyatları davam edir.

 

Ölənlərin əksəriyyəti Honsyu adasındakı Xirosima və Sikoku adasındakı Exime əyalətlərinin sakinləridir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR