Türkiyədə qorxunc qatar qəzası - 10 ÖLÜ, 73 YARALI

Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarı qəzaya uğrayıb. APA TV-nin NTV telekanalına istinadən verdiyi xəbərə görə, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın 6 vaqonu relsdən çıxaraq aşıb.

 

Qəza nəticəsində 10 nəfər ölüb, 73 nəfər isə xəsarət alıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıb. İlkin versiyaya görə, içərisində 360 sərnişinin olduğu qatarın qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub.

 

Qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR