Göygöldə iki "VAZ" avtomobili toqquşub - 4 YARALI

Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində baş verib.

 

Hərəkətdə olan "VAZ 2107"  və "VAZ 2115" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralılar Daşkəsən rayon sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Pakizə Kazım qızı, 1987-ci il təvəllüdlü Əliyeva Esmira Mahir qızı, Gəncə şəhər sakinləri Verdiyev Rövşən Elman oğlu və Verdiyeva Vəsilə Alı qızıdır.

 

Faktla bağlı Göygöl RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR