İran İraqın işığını kəsdi
İran İraqa elektrik enerjisinin verilməsini dayandırıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hökumət bu addımı İraqın elektrik enerjisinə görə borclarının həddindən çox olması ilə əlaqədar atdığını deyir.
İraqın Energetika Nazirliyindən bildirilib ki, elektrik enerjisinin verilməməsi səbəbindən ölkə min meqavatlıq enerjidən məhrum olub. Nəticədə Meysan, Zikar və Bəsrə kimi bölgələr uzun zamandır işıqsız qalıb.
Nazirlik qeyd edir ki, elektrik verilişinin yenidən bərpası üçün İran tərəfi ilə danışıqlar davam edir.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə, İraq elektrik enerjisinə olan ehtiyacının cəmi 65%-ni özü qarşılayır.
OXŞAR XƏBƏRLƏR
13:21
583
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
502
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
713
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1167
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1235
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1174