ABŞ-da minlərlə insan işıqsız qaldı

ABŞ-da minlərlə insan işıqsız qalıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ABŞ-ın Cənubi Kaliforniya ştatında anomal istilər yanğınlara səbəb olub. Nəticədə bölgələrin elektrik enerjisi ilə təminatında problem yaranıb.

 

San Dieqo, San Bernardino, Valley və Santa Barbara bölgələrində yanğınlar nəticəsində fövqəladə vəziyyət elan edilib və əhalinin evakuasiyasına başlanılıb.

 

Yerli mətbuat orqanları dəhşətli istilər hökm sürən 82 bölgədə 20 mindən çox insanın elektrik enerjisindən məhrum olduğunu bildirir.

 

Anomal hava şəraiti hələ bir müddət davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR