İranda Xomeyninin məzarına hücum edən İŞİD-çilər edam edildi
İranda 8 İŞİD üzvü edam edilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, keçən il İran inqilabının lideri Ayətullah Xomeyninin mavzoleyinə hücum etməkdə təqsirli bilinərək həbs olunan şəxslər bu gün dar ağacından asılıblar.
Süleyman Muzafəri (55), İsmayıl Sofi (33), Rəhman Bəhruzi, Seyid Məcidi, Siruz Əzizi (32), Eyyub İsmayıll (28), Husrəv Ramazani ve Osman Bəhruz (29) barədə edam cəzası bu ilin may ayında verilib.
Xatırladaq ki, İranın paytaxtı Tehranda 7 iyun 2017-ci il tarixdə parlament binasına və Ayətullah Xomeyninin mavzoleyinə təşkil olunan hücum zamanı 17 nəfər həlak olub.
OXŞAR XƏBƏRLƏR
13:21
583
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
503
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
714
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1167
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1235
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1174