Ermənistanda Masis şəhərinin meri və qardaşı həbs olundu

Ermənistanda Masis şəhərinin meri David Ambarsumyan və onun qardaşı Qora Ambarsumyan yenidən həbs olunub.

 

APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, bu barədə onun vəkili məlumat yayıb.

 

"Hakim Mnasakan Martirosyan yenidən Ambarsumyanların həbsi barədə qərar verib. Görünür, o, yeni hakimiyyətin yanında fərqlənmək istəyir. Fikirləşir ki, birdən baş nazir onun xidmətlərini unudar. O, gündəmdə qalmaq istəyir" - deyə vəkil qeyd edib. 

 

Xatırladaq ki, aprelin 22-də Masis şəhirinin meri kriminal qruplaşma qurma, qanunsuz silah saxlama və xuliqanlıqda məşğul olmaqda ittiham olunaraq həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR