ABŞ Qara dənizə hərbi gəmi göndərdi - 10 İLDƏN SONRA İLK DƏFƏ

ABŞ-a məxsus hərbi gəmi İstanbul boğazını keçərək Qara dənizə daxil olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, göyərtəsində xeyli sayda şəxsi heyətin olduğu gəmi Türkiyə sahil mühafizəsinə məxsus motorlu qayıqlarının müşayiəti ilə boğazdan Qara dənizə keçib.

 

"USS Porter" adlı hərbi gəmidə uzaq mənzilli hədəfləri rahatlıqla məhv edəcək 74 ədəd nüvə başlıqlı raket yerləşir.

 

ABŞ hərbi dəniz qüvvələrindən hələ ki, gəminin harada lövbər salacağı ilə bağlı açıqlama verilməyib. Rusiya tərəfi isə ABŞ donanmasının Qara dənizdəki hərbi gəmilərinin sayını artırmasından olduqca narahatdır.

 

Qeyd edək ki, 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş vermiş hərbi münaqişədən sonra Pentaqon Qara dənizdə hərbi qüvvələrin artırılması barədə qərar qəbul etmişdi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR