Astara sakininin həyətindən külli miqdarda narkotik çıxdı

Astarada həyətində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb.

 

APA TV-nin cənub bürosu xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

 

Polis əməkdaşları tərəfindən Məscitməhəllə kənd sakini Hicran Əliyevin yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı hündürlüyü 2,5-3 metr, ümumi çəkisi 70 kiloqrama yaxın olan 32 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

 

Müstəntiq Ziya Rüstəmov bildirib ki, Hicran Əliyevə məxsus həyətdəki yarımtikilidən 4 kiloqram 330 qram qurudulmuş marixuana aşkar olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR