Rus ordusu Suriya müxalifətini dalana dirədi - SİLAHLARINI TƏHVİL VERƏCƏKLƏR

Rusiyaya məxsus hərbi birləşmələr Suriyanın İordaniya ilə sərhədinə çatıblar.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu gün səhər saatlarında müxalif qüvvələrlə Rusiya arasında atəşkəs əldə olunub.

 

Atəşkəsə əsasən, Suriya müxalifətinə məxsus qüvvələr öz ağır silahlarını rus əsgərlərinə təhvil verəcək. Ruslar isə bölgəyə hücumları azaldacaq və müxaliflərin ərazini tərk etməsi üçün öz birləşmələrini hissə-hissə regiona yeridəcək. Həmçinin müxaliflərə öz ailələrini də yanlarında aparmağa icazə verilib.

 

Xatırladaq ki, Əsəd hökuməti Rusiyanın da dəstəyi ilə 20 iyun tarixindən etibarən Suriyanın cənub-qərbində hərbi əməliyyatlara başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR