Ağsuda dəhşətli qətl: həkim arvadını bıçaqlayıb öldürdü

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Ağsu şəhərinin Niyazi Tağızadə küçəsindəki evlərin birində qeydə alınıb.

 

Rayonun Hacıqədirli kənd sakini Mahir Bəyalıyev Ağsu şəhərində kirayədə yaşadığı evdə baş verən ailə münaqişəsi zəminində həyat yoldaşı Samirə Bəyalıyevanı bıçaqlayıb. Yaralı qadın köməksiz vəziyyətdə qalaraq çoxlu qan itirib. Ağsuda diş həkimi işləyən Samirə Bəyalıyeva sonradan xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Hadisənin qısqanclıq səbəbindən baş verdiyi bildirilir.

 

Məlumata görə, ailə kirayədə yaşadığı evə görə ev sahibinə pul verməyib. Kirayə evi qadın tapıb və orada pulsuz qalıblar. Mahir Bəyalıyev isə ailəsinin başqasının evində pulsuz qalmasına görə həyat yoldaşını qısqanıb və aralarında dava baş verib.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR