Yaponiyada leysan yağışları 6 nəfərin ölümünə yol açıb

Yaponiyada tüğyan edən güclü leysan yağışları və torpaq sürüşmələri  6 nəfərin həyatına son qoyub.

 

APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, daha 38 nəfər itkin düşmüş hesab olunur.

 

Ölkənin  bir sıra prefekturasında yaşayan 500 minə yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Onlardan 250 minə yaxını Kioto prefekturasının sakinləridir. Əyalətin bəzi çaylarında suyun səviyyəsi kritik səviyyəni ötüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR