Yardımlıda daha bir meşə yanğını baş verib

Yardımlıda meşə zolaqlarında başlayan yanğın tam lokallaşdırılıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, tüstülənmə müşahidə olunan ərazilər nəzarətə götürülüb.

 

Yardımlı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100-ə yaxın canlı qüvvəsi və texnikası, həmçinin Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və "BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Ləzir kəndi ərazisində yanğın 15 hektardan çox ərazini əhatə edib.

 

Yardımlıda növbəti yanğın hadisəsi isə ötən gün saat 09:00 radələrində rayonun Gendərə kəndindəki meşə zolağında baş verib. Nəticədə Gendərə kəndində 5 hektardan çox meşə ərazisi yanğına məruz qalıb.

 

Rayonda hava küləkli olduğundan, meşə zolaqlarında yanğını ram etmək müşkülə çevrilib. Hadisə ilə bağlı yaradılmış xüsusi komissiya ərazini nəzarətdə saxlayır. Yanğın tam söndürüldükdən sonra rayonun meşə təsərrüfatına dəymiş ziyanın həcmi hesablanacaq. İlkin versiya kimi yanğının meşə ərazisində ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR