Şamaxıda avtomobil gölə düşdü, sürücü öldü

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Hacıqədirli kəndində qeydə alınıb.

 

Rayon sakini, 1976-cı il təvəllüdlü İlqar Balakişi oğlu Hacıyev idarə etdiyi 90 LU 906 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı gölə düşüb.

 

Avtomobil suda tamamilə batıb. Hadisə zamanı sürücü İlqar Hacıyev avtomobilin içində suda boğularaq ölüb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR