Zərif: "Dünya dövlətləri Trampın addımlarına qarşı tədbir görməlidir"

"Dünya dövlətləri Donald Trampın atdığı addımlara qarşı tədbir görməlidir".

 

APA TV-nin "RİA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

 

"ABŞ prezidenti faktiki olaraq bütün beynəlxalq prinsiplərə zidd hərəkət edir. Bu cür hərəkətləri Sakit okeanda olan tərəfdaşları, Şimali Amerika Azad Ticarət Müqaviləsi ölkələri ilə, indi isə Avropa və müttəfiqləri ilə edir. Bunun qarşısı alınmalıdır" - deyə o qeyd edib.

 

Xatırladaq ki, Ağ Ev rəhbəri 2017-ci ilin yanvarında Trans-Sakit okean tərəfdaşlığından çıxmaq barədə qərar verib, bundan sonra həmin ölkələrə əlavə gömrük vergisi tətbiq etməyə başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR