Zaqatalada 51 yaşlı qadını ilan sancıb
Zaqatalada moruq yığan qadını ilan sancıb.
APA TV-nin məlumatına görə, rayonun Mamrux kənd sakini, 1967-ci il təvəllüdlü Məryəm Musa qızı Davudova səhər saat 7:00 radələrində yaşadığı kəndin inzibati ərazisində dağlıq meşəlik ərazidə moruq yığan zaman kolların arasında olan ilan qəfildən onun sağ əlinin dördüncü barmağından sancıb.
Məryəm Davudova yaxınlarının köməkliyi ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Məryəm Davudovaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.
Məryəm Davudovanın müalicəsi davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
13:21
583
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
502
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
713
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1167
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1235
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1174