Azərbaycanda şok əməliyyat: İrandan Ukraynaya göndərilən 260 kq narkotik ələ keçirildi
Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya külli miqdarda narkotik aparılması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi "Mercedes-Benz Axor" markalı, 99 DM 054 / 99 ZA 371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.
Həmin nəqliyyat vasitəsində olan "Sodium Karbonat" yükünün Azərbaycandan tranzit keçməklə İranın "Mojtaba Shage Azar" şirkətindən Ukraynanın "LLC Lisintra" şirkətinin ünvanına aparılması nəzərdə tutulub. Nəqliyyat vasitəsi öncə stasionar rentgen qurğusu ilə yoxlanılıb və avtomobilin qoşqusunda olan "Sodium Karbonat" yükünün arasında şübhəli cizgilər müşahidə edilib. Bu səbəbdən qoşqudakı 20 ədəd paletdə, cəmi 800 ədəd polietilen torbada olan "Sodium Karbonat" yükü boşaldılıb və həmin yükə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it yükə reaksiya verdiyi üçün bütün polietilen torbalar açılaraq təkrar yoxlanılıb. Bu zaman 2 ədəd paletdə - üzərində "Najı Sodium Bicarbonate Fire Extinguıshıng Powder" sözləri yazılmış 25 ədəd polietilen torbada ümumi çəkisi 260 kq narkotik vasitə aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub