Çavuşoğlu: "ABŞ-ın İran siyasəti düzgün deyil"
"Menbiç əməliyyatı bitdikdən sonra başqa bölgələrə keçəcəyik". APA TV-nin "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Yol xəritəsinin tətbiqinə başlandığını qeyd edən Çavuşoğlu "əməliyyata başlansa da, YPG\PKK-nın hələ də buradan çəkildiyini deyə bilmərik" deyə açıqlama verib: "Fəratın şərqindəki bölgələri nəzərdə tuturuq. İraqa kimi YPG buralardan çəkiləcək. Bölgəni isə əhali arasında əsas üstünlük hansı millətdədirsə, onlar idarə edəcək".
ABŞ və İran arasındakı qarşıdurmanın gücləndiyini vurğulayan nazir ABŞ-ın İran siyasətinin düzgün olmadığını söyləyib: "ABŞ-ın İran barədə verdiyi qərarlar bizim üçün doğru deyil. İranla bir probleminiz varsa, oturun danışın. Keçmişdə bir danışıqlar aparılırdı. Sonda Avropa Birliyi ölkələri də daxil olmaqla bir razılaşma əldə olundu. İndi yeni rəhbərlik "biz bu razılaşmanı qəbul etmirik" deyir. Halbuki Qərb dövlətləri və İran razılaşmaya sadiq qaldı".
Mövlud Çavuşoğlu ABŞ-Rusiya arasında gərginliyin davam etməsinə baxmayaraq, Türkiyənin bu sanksiyalara qoşulmayacağını bəyan edib: "Təkbaşına qərar verirlər, sonra isə deyirlər ki, siz də bu qərara qoşulun. Qoşulmasanız, sanksiya tətbiq edəcəyik. Artıq bu belə davam edə bilməz. Yəni S-400 alırıq deyə parlamentdə də bir qərar verirlər ki, sizə sanksiya tətbiq olunacaq. Sanksiya tətbiq edəcəksiniz, cavabını alacaqsınız. Belə bir münasibət qurmaq istəyirsinizsə, qarşılığını da görəcəksiniz".
Xarici işlər naziri həmçinin əlavə edib ki, ABŞ bu bölgədə Türkiyə kimi bir müttəfiqini itirmək istəmir və bunu etməməlidir.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub