Neft ucuzlaşmaqda davam edir
Neft bazarında ucuzlaşma davam edir.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft sutka ərzində 0,4% ucuzlaşaraq 77,12 dollara qədər ucuzlaşıb. Qərbi Texas nefti isə 85 sent dəyər itirərək 72,80 dollar səviyyəsinə enib.
Neftin ucuzlaşmağa davam etməsi OPEC-ə daxil olan ölkələrin 2014-cü ildən bu yana istehsalı ən yüksək səviyyəyə qaldırması ilə izah olunur. Donald Tramp Səudiyyə Ərəbistanı və digər neft ixrac edən ölkələrə Kanada, Liviya və Venesuelada davam edən texniki problemlərə görə neftin qiymətinin qalxmaması üçün təzyiqini davam etdirir. Cümə günü isə ABŞ-ın Çin malları üzərinə 34 milyard dollar dəyərində əlavə gömrük vergisi tətbiq etməsi ilə dünyanın ən böyük iqtisadiyyatına malik iki dövləti arasındakı qarşıdurmanın da neftin qiymətinə təsir edəcəyi gözlənilir.
Amma proqnozlaşdırılır ki, son dövrlərdə ABŞ-ın İranın neft ixracatına mane olmaq siyasəti neftin qiymətini artıracaq.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub