ABŞ-da naməlum silahlılar Müstəqillik Gününü qeyd edənlərə hücum etdi - 3 ÖLÜ, 3 YARALI
Kaliforniya ştatının Los-Anceles dairəsindəki Uestleyk rayonunda evlərdən birinə silahlı basqın edilib. APA TV-nin məlumatına görə, silahlı insident nəticəsində 3 nəfər ölüb, 3 nəfər də yaralanıb.
Hadisə vaxtı evdə qonaqlıq imiş. Azı iki nəfər evə daxil olaraq ABŞ-ın Müstəqillik Gününü qeyd edənlərə atəş açıb və sonra hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn polis bir kişi və bir qadın meyitini aşkar edib. Dörd nəfər yaralı xəstəxanaya aparılıb. Onlardan biri xəstəxanada keçinib. Üç nəfərdən ikisinin vəziyyəti ağırdır.
Cinayətkarların axtarışı davam etdirilir. İlkin ehtimallara görə, hadisəyə bundan əvvəl baş vermiş mübahisə səbəb olub.
OXŞAR XƏBƏRLƏR
13:21
621
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
529
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
738
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1171
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1238
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1178