Masallıda gənclərin olduğu avtomobil yük maşınına çırpıldı
Masallıda minik maşını ilə yük maşını toqquşub, 4 nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.
"Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik maşınının toqquşması zamanı sonuncunun sürücüsü, 1991-ci il təvəllüdlü Fərəcov Samir Şərafət oğlu, onun sərnişinləri - 1991-ci il təvəllüdlü Ağayev Kənan Sakit oğlu, 1995-ci il təvəllüdlü Nəzərov Cavid Azər oğlu və 1997-ci il təvəllüdlü Fərəcli İqrar Adıgözəl oğlu müxtəlif dərəcəli bədən xəsarəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub