Mehriban Əliyeva: "Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin olunub"

Bakı Konqres Mərkəzində “SABAHın məzunu” mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mərasimdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, administrasiyanın humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, media qurumlarının rəhbərləri və tələbələr iştirak edib.

 

Açılış mərasimində Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciətdə bildirilir ki, Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin olunub. Belə bir mühit ilk növbədə gənclərə çoxsaylı imkanlar yaradır. Dayanıqlı inkişafa nail olmaq üçün gənclər bilikli olmalıdır.

 

Təhsil naziri Ceyhun Bayramov isə “SABAH” qruplarını Azərbaycanın təhsil sektorundakı uğurlu layihələrindən biri adlandırıb: “Biz bu gün 4 il öncə başlanmış layihənin uğuru barədə danışa bilirik. 2017-ci ildə 721 SABAH məzununun 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrin aparıcı ali təhsil müəssisələrinin magistraturalarında təhsillərini davam etdirir, 30 faizdən artığı isə əmək fəaliyyətinə başlayıblar”.

 

Tədbirin davamında ən yüksək akademik göstəricilər əldə edən SABAH məzunlarına sertifikatlar təqdim olunub.

 

Sonda SABAH qruplarının himni səslənib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR