Serj Sarkisyanın qardaşı və qardaşı oğlu həbs edildi
Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyan iyulun 4-də Parisə uçmaq istəyərkən “Zvartnots” hava limanında Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
APA TV-nin xəbərinə görə, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.
Hadisədən sonra A.Sarkisyanın evində axtarış başlayıb. Axtarış nəticəsində xeyli pul, silah və rəsm əsəri aşkarlanaraq götürülüb.
Aleksandr Sarkisyanın oğlu Ayk da saxlanılıb. Ona qarşı 2007-ci il aprelin 1-də Yerevanda David Simonyan adlı şəxsin odlu silahdan açılan atəşlə yaralanması ilə əlaqədar ittiham irəli sürülüb. Bu fakt üzrə daha əvvəl bağlanan cinayət işi yenidən açılıb. D.Simonyana Ayk Sarksiyanın atəş açdığı bildirilir.
Aleksandr Sarkisyanın digər övladı Narek Sarkisyan isə qanunsuz silah-sursat əldə etmək, saxlamaq, eləcə də iri miqdarda narkotik saxlamaqda ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub