Goranboyda bir ailə qəzaya düşdü: 1 ölü, 4 yaralı

Goranboyda ağır yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Azad kəndi ərazisində baş verib.

 

Hərəkətdə olan “VAZ-21011” və “Suzuki” markalı avtomobillərin toqquşması nəticəsində “Suzuki”də olan sərnişin, Hacıqabul rayon sakini, 1982-ci il təvəllüdlü Aidə Məhəmməd qızı Abdullayeva ölüb. Onun sükan arxasında olan həyat yoldaşı, Gürcüstanın Marneuli rayon sakini, 1967-ci il təvəllüdlü Cəmil Əhəd oğlu Talıbov və oğlu, 1991-ci il təvəllüdlü Rauf Talıbov, eləcə də Goranboy rayonunun Şadıllı kənd sakinləri - “VAZ-21011”-in sürücüsü, 1993-cü il təvəllüdlü Vüsal Çingiz oğlu Bayramov və sərnişini Əlikram Əlihüseyn oğlu Sadıqov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR