İspaniyada 129 erməni-gürcü "qanuni oğru" tutuldu
İspaniyada Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ilə birgə həyata keçirilmiş “Kuşi 2” adlı genişmiqyaslı xüsusi əməliyyat zamanı erməni-gürcü kriminal qruplaşmasının 129 üzvü saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN-in nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.
O deyib ki, “İnterpol” və “Avropol”un da cəlb olunduğu xüsusi əməliyyat zamanı cinayətkar qruplaşmaya üzv olan əsasən erməni əsilli 7 “qanuni oğru” da yaxalanıb: “Saxlanılan şəxslər arasında 1971 və 1974-cü il təvəllüdlü etnik gürcü olan iki Gürcüstan vətəndaşı da var”.
Erməni-gürcü cinayətkar qruplaşmasının üzvləri narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, evlərdən oğurluq, qanunsuz ticarət, tütün qaçaqmalçılığı, qanunsuz silah saxlanması, sənədlərin saxtalaşdırılması, dələduzluq, şantaj və digər bu kimi cinayət əməllərində təqsirli bilinirlər.
Cinayətkar qruplaşmanın evində axtarışlar zamanı xeyli sayda silah sursat aşkar edilərək müsadirə olunub.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub