Ermənistanda yenidən etiraz aksiyaları başladı
Ermənistanda yenidən etiraz aksiyaları başlayıb.
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, aksiya iştirakçıları "Amoulsar" mədəninin istismarına qarşı çıxaraq hökumət binasının qarşısında toplaşır, yolları bağlayırlar.
"Amoulsar" mədənində işləyən insanlar bir müddət orda işlədikdən sonra xərçəng xəstəsi olurlar. Buna baxmayaraq, insanlar hələ də orada işlədilirlər. Sanitar vəziyyət olduqca aşağı səviyyədədir" - deyə aksiya iştirakçıları qeyd edir.
Həmçinin etirazçılar Nikol Paşinyana baş nazir seçilməzdən öncə Armen Sarkisyandan Britaniya vətəndaşlığından imtina etməsi və erməni olması barədə sənədi göstərməyi tələb etməsini xatırladıblar:
"Baş nazirdən soruşmaq istəyirəm. Sarkisyan ermənidirmi? Əgər Ermənistan vətəndaşıdırsa, onda son 6 ildə əldə etdiyi pasportu bizə də göstərsin!"
Xatırladaq ki, Nikol Paşinyan baş nazir seçildikdən sonra ölkədə mitinqlərin dayandırılması barədə göstəriş vermişdi.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub