Oqtay Şirəliyev: "Azərbaycanın icbari tibbi sığorta modeli digər ölkələr üçün nümunədir"
Bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktorunun iştirakı ilə "BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları" mövzusunda yüksək səviyyəli iclas keçirilib.
APA TV-nin məlumatına görə, iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev ana ölümlərinin əhəmiyyətli dərəcədə azaldığını, yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirildiyini nəzərə çatdırıb: “Azərbaycanda mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, məktəblərə qeydiyyat dərəcəsi 99,8-100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub. 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb, ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib, o cümlədən malyariyanın qarşısı tamamilə alınıb. Ətraf mühitin mühafizəsi üçün qlobal tərəfdaşlıq üzrə mühüm irəliləyişlər əldə olunub”.
Nazir həmçinin Azərbaycanın icbari tibbi sığorta modelinin digər ölkələr üçün nümunəvi model kimi təqdim edilməsini təklif edib.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub