İran Bəsrə körfəzini bağlaya bilər - RUHANİNİN HƏDƏSİ

İran Bəsrə körfəzini bağlaya bilər. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə İran Strateji Araşdırmalar Mərkəzindən bildirilib.

 

İran prezidenti Həsən Ruhaninin "İranın neft ixracına mane olduğunuz təqdirdə, bölgədəki ölkələr də neft ixrac etməyəcək" açıqlamasından sonra bu barədə müzakirələrin aparıldığı qeyd olunur.

 

Qeyd olunur ki, Bəsrə körfəzinin bağlanması beynəlxalq bir böhrana gətirib çıxaracaq. "İran Bəsrə körfəzinin sahillərində çox böyük əraziyə malikdir. Buna görə də körfəz bağlana bilər. Bunu körfəzin çıxışına sualtı minalar yerləşdirməklə və ya orada tanker batırmaqla həyata keçirmək mümkündür. İran bunu etsə, tək ABŞ-ın yox, bütün dünyanın problemi olacaq. Çin və Hindistanın əsas ticarət yolları da buradan keçir. İran körfəzinin bağlanması onlarla münasibətlərə də mənfi təsir edəcək" - deyə mərkəzdən verilən açıqlamada qeyd olunur.

 

O da vurğulanır ki, ABŞ tərəfi körfəz bağlanacağı təqdirdə, hərbi əməliyyatın başlayacağını istisna etməyib: "İran körfəzi bağlayarsa, hərbi toqquşmalara hazır olmalıdır. Müharibə olacağı təqdirdə, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-la birgə İrana qarşı koalisiya quracaqlar".

 

Xatırladaq ki, bir neçə gün öncə Ağ Ev rəhbərliyi "İran bircə damla da neft ixrac etməyəcək" deyə açıqlama vermiş və bu, iki ölkə arasında gərginliyi artırmışdı.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR