Xristofor Kolumbun heykəlinə xilasedici jilet asdılar
İspaniyada etirazçılar Xristofor Kolumbun heykəlinin üzərinə xilasedici jilet asıblar.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Barselonada 60 metr hündürlükdəki heykəlin üzərinə "açıq qollar" yazısı olan xilasedici jilet asan etirazçılar bunu Avropa ölkələrinin miqrantlara qarşı siyasətinə cavab olaraq ediblər.
"Miqrantların haqqını tapdamaq hər kəsin haqqını tapdamaqdadır" deyən etirazçılar özlərinin vaxtilə Amerika qitəsinə köç etdiklərini və orada məskunlaşdıqlarını vurğulayıblar. Həmçinin etirazçılar İkinci Dünya müharibəsində də Avropa xalqlarının başqa ölkələrə qaçdığını və onlara qarşı bu cür münasibət olmadığını diqqətə çatdırıblar.
Qeyd edək ki, İtaliya və Malta hökumətləri Aralıq dənizində qəzaya uğramış gəmidən xilasedicilər vasitəsilə qurtarılmış 629 miqrantı qəbul etməmiş, nəticədə onlar ağır şərtlər altında günlərlə gəmilərdə qalmağa məcbur olmuşdular. Daha sonra aclıq və susuzluqla üzləşən miqrantları İspaniya hökuməti qəbul etməyə razılıq vermişdi.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub