Neft yenə ucuzlaşdı

Səudiyyə Ərəbistanının istehsalı artırmaq siyasəti və ABŞ-da neft ehtiyatlarının azalması qiymətlərin ciddi dəyişməsinə mane olub.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft sutka ərzində nisbətən bahalaşdıqdan sonra yenidən ucuzlaşıb. Bu markadan olan neftin 1 bareli hazırda 77,83 dollardan, Qərbi Texas nefti isə dəyər itirərək 73,86 dollardan satılır.

 

Neftin qiymətləri bu ay OPEC-in istehsalı artırmaq planının Liviya, Kanada və Venesueladan qaynaqlanan neft kəsirini aradan qaldırmayacağı narahatlığı ilə 'laq'dar son üç ilin ən yüksək səviyyəsinə qalxıb. Hazırda qiymətlərin ucuzlaşmasını istəyən ABŞ prezidenti Donald Trampdır. O, Səudiyyə Ərəbistanına təzyiq edir ki, istehsalı artırmaqla qiymətləri azaltsın. Tramp eyni zamanda ölkədəki neft hasilatını artırmağa çalışır.

 

Dünya neft bazarında baş verən bir çox hadisələr isə qiymətlərin qalxması üçün şərait yaradır. Liviya, Kanada və Venesuelada yaranan problemlərə görə bazara daha az neftin çıxarılması, ABŞ-ın İranın neft satışını bloklamaq siyasəti, Birləşmiş Ştatların özündə isə xam neft ehtiyatlarının sürətlə azalması qiymətləri bahalaşdıra bilər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR