Britaniyada Skripalların ardınca daha 2 nəfər zəhərləndi - "NOVİÇOK" QALMAQALI
Böyük Britaniyanın Eymsberi şəhərində naməlum maddədən zəhərlənən 2 nəfərin vəziyyəti ağırdır. APA TV-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis rəsmisi məlumat yayıb.
"Mənşəyi bilinməyən maddədən zəhərlənən iki Eymsberi şəhər sakini, 44 yaşlı qadın və 45 yaşlı kişinin müalicəsi davam etdirilir. Onların vəziyyəti ağır olaraq qalır", - məlumatda belə deyilir.
Faktla bağlı polisin terrora qarşı bölməsi araşdırma aparır. Skotlend-Yardın məlumatına görə, həmin iki nəfər "Noviçok'' maddəsindən zəhərlənib.
Bununla belə, polis Solsberi və Eymsberidə eyni mənbədən olan "Noviçok'' maddəsindən istifadə olunduğunu təsdiqləməyib. Skotlend-Yarddan həmçinin bildiriblər ki, zəhərlənənənlərin Skripallar ilə əlaqəli olduğu barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərində küçədə huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Sergey Skripal mayın 18-də, onun qızı isə aprel ayında xəstəxanadan buraxılıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub